Adviad platforması bu dəfə reklam bazarına ən effektiv "Real Time Marketing" vasitələrindən biri olan hava temperaturuna uyğun hədəfləmə imkanını təqdim edir . Hətta artıq Coca - Cola brendi bu möhtəşəm imkandan əla formada istifadə edib .
Araşdırmalar göstərir ki, hava şəraiti müştəri davranışına təsir edən ən mühüm 2 faktordan biridir . Adviad platforması da bu faktor əsasında reklam agentliklərinə və şirkətlərə artan, yaxud azalan temperatura, dəyişən rütubət dərəcəsinə, ya da gözlənilmədən yağacaq yağışa, qara uyğun kreativ reklam yaratma fürsəti verir . Bu isə hədəf kütləsinin diqqətini elə yerindəcə və real zaman kəsiyində çəkməyə kömək edir . Həmçinin reklamlar şəhərin ən qaynar nöqtələrində yerləşdirilmiş LED monitorlarda yayımlandığı üçün geniş auditoriyaya çatmaq mümkündür .
Azərbaycanda bu yenilik ilk dəfə olaraq Adviad platforması və Universal McCann əməkdaşlığı ilə Coca - Cola brendi üçün həyata keçirildi . Belə ki, əvvəlcə insanlara şəhərin mərkəzi nöqtələrində yerləşdirilmiş LED monitorlarda yalnız hava temperaturu göstərildi . Lakin temperatur 250C - ni keçdikdən sonra həmin ekranda Coca - Colanın belə istilərdə sərinləməyə dəvət edən məhsul posteri görünməyə başladı . Eyni zamanda ekranın bir tərəfində hələ də mövcud temperaturu göstərən şkala da qalmağa davam etdi .
Layihə nəticəsi kimi 36.000 baxış sayının əldə olunması gözlənilir . Bu nəticə proqrammatik - satış reklamlarının digital indoor formatının böyük perspektivlərindən xəbər verir .
Adviad - ın buradakı digər əsas üstünlüklərindən biri də yerləşdirilən reklamın bir platformadan asanlıqla idarə olunmasıdır . Platformadan reklamı idarə etməklə yanaşı, cari zaman ərzində bütün reklam statistikalarını görmək və analiz etmək də mümkündür .
Bu tip reklamlar sayəsində reklamverənlər outdoor reklamların kommunikativ üstünlükləri ilə birlikdə proqrammatikanın şəffaflıq, omnikanallıq, elastiklik və adaptivlik üstünlüklərini də əldə edirlər .